Hazırda son məlumata görə HƏMAS qaçqın düşərgəsində İsrail əsgərləri ilə döyüşdüyünü bildirib.
“Yeni Gundem” xəbər verir ki, İordan çayının qərb sahilindəki qaçqın düşərgəsində İsrail hərbçiləri ilə döyüşdüyünü Əl-Qəssam Briqadaları (Fələstin HƏMAS hərəkatının hərbi qanadı) açıqlayıb.
“Nur Şəms düşərgəsindəki qüvvələrimiz müqavimət qrupları və hərbi birləşmələrlə birlikdə bu səhər düşərgəni mühasirəyə almış sionist işğalçı qüvvələrlə (İsrail ordusu – Lenta.ru qeydi) şiddətli toqquşmalarda iştirak edir” deyiblər.
Əl-Cəzirə telekanalının Fələstin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, döyüşlər nəticəsində 3 nəfər ölüb, ağır yaralananlar var.
Bundan əvvəlki məlumata görə, İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS qruplaşmasının hücumuna cavab olaraq Qəzza zolağında görünməmiş qəddar quru əməliyyatı hazırlayır. Reuters isə qeyd edib ki, rekord sayda 360 min ehtiyatda olan əsgəri çağıraraq, İsrail ordusu “Dəmir Qılınclar” əməliyyatının ikinci mərhələsinə hazırlaşır, bu “vəhşiliyi ilə bənzərsiz olacaq və İsrailin keçmişdə Qəzzada həyata keçirdiyi heç bir şeyə bənzəməyəcək”.
İsrail, Qərb ölkələri və Yaxın Şərqdə səkkiz mənbənin bildirdiyinə görə, qarşıdan gələn əməliyyatın məqsədi mülki əhali arasında ağır itkilər bahasına olsa belə, Qəzza zolağında infrastrukturun tamamilə məhv edilməsidir.
Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin zərbələri artıq 3500-ə yaxın insanın ölümünə, 12 minə yaxınının isə yaralanmasına səbəb olub.
Mənbə: Lenta.Ru
Aynur Camal