İsrail fələstinliləri canlı qalxana çevirdibackend

Bu dəfə isə İsrail İordan çayının qərb sahilində reydlər zamanı saxlanılan fələstinlilərdən canlı qalxan kimi istifadə edərək hücumları davam etdirir.

Əsgərlər fələstinlilərin əllərini qandallayıb gözlərini bağladıqdan sonra öz dəbilqələrini taxırlar.

Qəzza sektorunu blokadaya alan İsrail ordusunun hücumları bütün intensivliyi ilə davam edir. İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya qarşı başlatdığı qeyri-insani hücumlar soyqırım cəhdinə çevrilib. İsrailin hücumlarında həyatını itirən fələstinlilərin sayı 27 mini keçib.

İsrail İordan çayının qərb sahilində keçirdiyi reydlərdə həbs etdiyi fələstinliləri təkcə öldürmür, həm də canlı qalxan kimi istifadə edir. Qələndiyyə kəndinə basqın edən İsrail əsgərləri həbs etdikləri fələstinlilərin əllərini qandallayıb, gözlərini bağlayıblar.

İsrail əsgərləri həbs edilən fələstinli mülki vətəndaşlara öz dəbilqələrini geyindirərək, bu insanlardan canlı qalxan kimi istifadə edərək basqınları davam etdiriblər.

Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinə əsasən, “müəyyən məntəqələri, əraziləri və ya hərbi qüvvələri hərbi əməliyyatlardan azad etmək üçün mülki və ya digər qorunan şəxsin mövcudluğundan istifadə etmək” müharibə cinayəti təşkil edir.

Cenevrə Konvensiyasının 1 saylı Əlavə Protokolunun 50-ci maddəsində mülki şəxslərin müharibə təhlükələrindən qorunmalı olduğu vurğulanır.

Mənbə: TGRT

Aynur Camal