İsrail gecə boyu Qəzzaya hücum etdibackend

Gecə boyu İsrail döyüş təyyarələri və artilleriyasının Qəzzanın hər yerini bombalaması nəticəsində çoxlu sayda insanın öldüyü açıqlanıb.

Fələstinin WAFA xəbər agentliyinin Qəzzadakı müxbirlərinin verdiyi məlumata görə, Tibb Mərkəzi Xidmətləri yaxınlığındakı bir evin hədəfə alınması nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla həyatını itirənlərin sayı 18-ə yüksəlib.

Xatırladaq ki, İsrail təyyarələrindən Rafah şəhərinin Qərbi Qaçqınlar Düşərgəsi bölgəsində yaşayan Hicazi ailəsinin evini hədəf alan bombalar 9 fələstinlinin ölümünə, çoxlu sayda insanın yaralanmasına səbəb olub.

Qəzzanın şimalında bir evin bombalanması nəticəsində biri 6 yaşlı uşaq olmaqla 3 nəfər həyatını itirib, 9 nəfər yaralanıb. Bombardman nəticəsində uçan evin dağıntıları altında qalanların olduğu bildirilib.

Qəzzanın mərkəzi bölgələrindəki Zeytun rayonunda Əbu Seriyye ailəsinin evinin bombalanması nəticəsində də 7 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Bildirilib ki, İsrail döyüş təyyarələri də şəhərin şimal-qərb hissələrində Atatra, Beyt Lahye və Beyt Hanun bölgələrini güclü şəkildə bombalayıb.

Rəfahın şərqi, Misir sərhədinə yaxın Xan Yunis və əl-Baric bölgələri də artilleriya atəşinə məruz qalıb. Rəfah şəhərinin qərbində bir evin və Tel əl-Hevada bir çox evin bombalanması nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb.

Bundan əlavə, İsrail təyyarələri gecə boyu Qəzzanın bir çox bölgəsinə məşəllər ataraq kəşfiyyat uçuşlarına davam edib.

Mənbə: TrtHaber

Aynur Camal