İsrail-Həmas müharibəsində son vəziyyət… ABŞ bu etirafdan sarsıldı: Ölümcül səhv üzə çıxdı! İsraildə hökumət böhranı: Biz ayrılacağıq
İsrailin blokadası altında olan Qəzzadan son xəbərlər gəlməkdə davam edir… Atəşkəs üçün danışıqlar davam edərkən, HƏMAS-dan məsələ ilə bağlı şok açıqlama gəldi.
İordaniyada dron hücumunun hədəfi olan ABŞ, AP-nin dərc etdiyi etiraf kimi açıqlamalardan bəhs edir. Anonimlik şərti ilə danışan ABŞ rəsmiləri 3 əsgərin ölümünə səbəb olan ölümcül səhvi izah ediblər. Belə ki, ABŞ rəsmiləri Associated Press (AP) xəbər agentliyinə bildiriblər ki, ABŞ qüvvələri düşmənin pilotsuz uçan aparatını özlərindən biri kimi qəbul edib və onun İordaniyadakı səhra bazasına rahat keçməsinə icazə verib.
Həmçinin son məlumata görə, Haniyə HƏMAS-ın atəşkəs təklifini aldığını və bunu araşdıracağını bildirib.
HƏMAS siyasi bürosunun lideri İsmayıl Haniyə Fələstin qrupunun Parisdəki danışıqlardan sonra atəşkəs təklifini aldığını və onu araşdıraraq planla bağlı müzakirələr üçün Qahirəyə səfər edəcəyini bildirib.
Haniyə deyib ki, Həmas-ın prioriteti İsrailin hərbi hücumunu dayandırmaq və İsrail qüvvələrinin Qəzzadan tam çıxarılmasını təmin etməkdir.
HƏMAS bildirib ki, döyüşlər bitənə və İsrail Qəzzadan çəkilənə qədər girovlarla bağlı razılaşma olmayacaq.
Mənbə: hurriyyət.tr
Aynur Camal