ABŞ İsraili gözləməyə razı saldı: Qəzzada quru əməliyyatı təxirə salındı.İsrailin bombardmanları və blokadası altında olan Qəzza humanitar fəlakətlə üzləşir. Məhdud sayda yardım maşınının bölgədən keçməsinə icazə verilib. Ancaq ən böyük problem enerjidir! İsrail ordusu Qəzzaya yanacağın verilməyəcəyini bir daha açıqlasa da, rəsmilər yanacaq verilmədiyi təqdirdə bu gecədən etibarən xəstəxanaların işlək vəziyyətə düşəcəyini açıqlayıb. The Wall Street Journal yazıb ki, Amerika rəsmiləri İsraili ən tez bu həftənin sonuna qədər gözləməyə razı salıblar. Fransa prezidenti Emmanuel Makron İsrailin Qəzzaya qarşı mümkün quru əməliyyatı ilə bağlı deyib: Qəzzaya hərtərəfli qurudan hücum İsrail üçün səhv olar.
Həmçinin “Yeni Gundem” xəbər verir ki, İsrail ordusu məhdud sayda yardımın Qəzzaya keçməsinə icazə versə də, yardımın milyonlarla fələstinlinin ehtiyaclarını qarşılaması mümkün görünmür.
Ancaq hazırda ilk problem yanacaqdır!
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi tərəfindən edilən açıqlamada, yanacaq verilmədiyi təqdirdə Qəzzada xəstəxanaların bu gecədən etibarən fəaliyyət göstərə bilməyəcəyi xəbərdarlığı edilib.
Mənbə: TGRT
Aynur Camal