İsrail-Həmas müharibəsində son vəziyyət…backend

İran dünyaya elan etdi: İsrailin ən böyük hava limanı vuruldu!

İsrailin blokadası altında olan Qəzzadan son xəbərlər gəlməkdə davam edir… İraqdakı İslami Müqavimət İsrailin Tel-Əviv yaxınlığındakı ən böyük hava limanı Ben Qurionu vurduğunu açıqlayıb. İranın dəstəklədiyi qrupun bəyanatından sonra İran dövlət televiziyası hücum xəbərini təsdiqləyib. İslami Müqavimət sosial media hesabından verdiyi açıqlamada hücumda istifadə edilən pilotsuz təyyarənin görüntülərinə də yer verib.

 İordaniya İrbid bölgəsində dron qalıqlarının tapılmasından sonra araşdırmalara başlayıb

İordaniyanın rəsmi Petra xəbər agentliyinin verdiyi məlumata görə, İordaniyanın təhlükəsizlik qüvvələri Şimali İrbid bölgəsində pilotsuz təyyarənin qalıqlarını aşkar ediblər.

Təhlükəsizlik sözçüsü bildirib ki, hesabatda ciddi dağıntı baş vermədiyi və araşdırmaya başlanıldığı bildirilir.

Bu açıqlama İraqdakı İslami Müqavimət, İranın dəstəklədiyi bir qrup silahlının İsrailin Ben Qurion hava limanını hədəf aldığını bildirməsindən sonra verilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal