İsrail-Həmas müharibəsində son vəziyyətbackend

İsrail sözün əsl mənasında odla oynayır! İDF Şifa Xəstəxanasına basqın: Çox sayda ölü və yaralı var. İsrailin blokadası altında olan Qəzzadan son xəbərlər gəlməkdə davam edir…

İsrail yüzlərlə insanın olduğu Şifa xəstəxanasına hücum edib. İsrail ordusu əməliyyatın kəşfiyyat məlumatlarına əsaslanaraq həyata keçirildiyini iddia edib. Bölgədən çəkilən görüntülərdə xəstəxananın bombalandığı və bir hissəsində yanğının başladığı üzə çıxıb. Xəstəxanada olan fələstinli jurnalist mühasirədə olduqlarını bildirərək mesajında ​​”Bu mənim son videom ola bilər” deyib. Qəzza Səhiyyə Nazirliyi hadisə nəticəsində çoxlu sayda ölü və yaralı olduğunu açıqlayıb.

Qəzzadakı mənbələrin məlumatına görə, İDF qadın və uşaqları Əl-Şifa xəstəxanası ərazisindən və onun ətrafından təxliyə edir. Eyni mənbələrə görə, ordu onları Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələh istiqamətində məktəblərdən və qaçqın düşərgələrindən təxliyə edir. Həmçinin bölgədə, xüsusən də xəstəxananın yanındakı Amerika məktəbində qalan kişilərin də həbs edildiyi bildirilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal