İsrail-Həmas müharibəsinin 6-cı günübackend

HƏMAS-ın ötən şənbə günü İsrailə qarşı başlatdığı Əl-Əqsa daşqın əməliyyatı və İsrailin baş naziri Netanyahunun müharibə elan etməsindən sonra qarşıdurma 6-cı gününə daxil olub.

“Yeni Gundem” xəbər verir ki, İsrail həyatını itirən vətəndaşlarının sayının 1300-ü keçdiyini açıqlayıb. Fələstində isə 1200 nəfərin  öldüyü bildirilir.

İsrailin müdafiə naziri Qallantın “Tam hücuma başlayırıq” açıqlamasından sonra bölgədə narahatlıq daha da artıb. ABŞ-ın ən böyük hərbi gəmisi də Təl-Əvivə dəstək olmaq üçün Şərqi Aralıq dənizinə yerləşdirilib. Qəzza zolağında yeganə elektrik stansiyasının yanacağı bitib və elektrik enerjisi tamamilə kəsilib. İsrail ordusu Qəzza zolağında məskunlaşan ərazilərə qadağan olunmuş fosfor bombaları ilə hücum edir. Hizbullah Livan üzərindən PUA-larla İsrailə hücum etdikdən sonra ölkəyə sızmağa cəhd edib. İsrailin baş naziri Netanyahu da “Hər HƏMAS üzvü özünü ölü hesab etməlidir” deyib.

Mənbə: TGRT

Aynur Camal