İsrail Livana hava zərbəsi endiribbackend

İsrail ordusunun Livanın cənubunda bir avtomobil və motosikletə hava hücumu təşkil etdiyi bildirilib.

Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrailin pilotsuz uçuş aparatları (PUA) Sur şəhərinin cənubundakı əl-Kuş şosesində bir avtomobil və motosikletə hücum edib.

Hücum nəticəsində avtomobildə ölən və yaralananların olduğu bildirilib.

Hərəkət zamanı hədəfə alınan avtomobilin yayılan görüntülərində avtomobilin tamamilə yandığı görünür.

Hücumda hədəf alınan şəxslərin Hizbullah üzvləri və ya mülki şəxslər olması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Mənbə: TrtHaber

Aynur Camal