İsrail minlərlə pilotsuz təyyarə ilə havadan vərəqələr atıb… Hamısına eyni xəbərdarlıq var!backend

İsrail və Fələstin arasında şənbə günü başlayan münaqişə şiddətləndiyi üçün Qəzzada dinc sakinlərə 24 saat vaxt verilib.

İsrail ordusuna məxsus pilotsuz təyyarələr havadan mülki şəxslərə “Evlərinizi dərhal boşaldın” yazılan vərəqələr atıb.

HƏMAS-ın 7 oktyabr şənbə günü səhər saatlarında İsrailə qarşı başlatdığı Əl-Əqsa tufanı əməliyyatı 7 gündən sonra bölgəni atəş xəttinə çevirib. Rəsmi olaraq müharibə elan edən İsrail günlərdir Qəzzanı bombalayır və minlərlə dinc sakin həyatını itirir. İsrail ordusunun quru əməliyyatına başlaması an məsələsi olsa da, Qəzzada mülki şəxslərə 24 gün vaxt verib və onlardan ərazini tərk etmələrini istəyib.

İsrail ordusu blokada altındakı Qəzza zolağının şimalında yaşayan təxminən 1,1 milyon nəfər olduğu deyilən fələstinlilərdən bölgənin cənubuna köçmələrini istəyib. İsrail ordusu (İDF) verdiyi yazılı açıqlamada HƏMAS-ın hərbi qanadı İzəddin əl-Qəssam Briqadalarının üzvlərinin Qəzzada mülki əhalinin yaşadığı binalarla yanaşı tunellərdə və evlərin altında gizləndiyini iddia edib.

Açıqlamada HƏMAS-ın silahlı qanadının İsrailə müharibə elan etdiyi və “Qəzza şəhəri hərbi əməliyyatların aparıldığı bir bölgədir. İsrail ordusu öz təhlükəsizlikləri üçün Qəzza şəhərindəki bütün mülki əhalinin cənubdakı evlərindən təxliyyə edilməsini əmr edib”.

“Bu təxliyə sizin təhlükəsizliyiniz üçündür. Qəzza şəhərinin mülki əhalisi, özünüzün və ailənizin təhlükəsizliyi üçün cənuba gedin və HƏMAS terrorçularından uzaqlaşın” deyə bəyanatlar daxil edilmişdir.

Bəyanatda Qəzzada olan fələstinlilərə sərhəd hasarlarından uzaq durmaları ilə bağlı xəbərdarlıq edilərək, “Önümüzdəki günlərdə İsrail Silahlı Qüvvələri Qəzza şəhərində mühüm əməliyyatlarını davam etdirəcək və mülki vətəndaşlara zərər verməmək üçün sıx səy göstərəcək” ifadələri işlədilib.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi 24 saat ərzində 1 milyondan çox mülki vətəndaşın köçürülməsi çağırışını dəhşətli kimi qiymətləndirsə də, Qəzzanın sürətlə cəhənnəm dəliyinə çevrildiyini və dağılmaq üzrə olduğunu bildirib.

Gərginliyi artıran zəngdən sonra bölgədən yayımlanan video böyük əks-səda yaradıb.

İsrail ordusuna məxsus pilotsuz təyyarələrin Qəzzaya minlərlə vərəqə atdığı, “Evlərinizi dərhal boşaldın və Qəzza vadisinin cənubuna gedin” sözləri olduğu görülüb.

İsrail ordusu Qəzzada 1,1 milyon dinc sakindən evlərini tərk edərək bölgənin cənubuna köçmələrini xahiş etdikdən sonra Qəzzadakı hökumətin mətbuat ofisi açıqlama verib. “İşğal vətəndaşlar arasında çaşqınlıq yaratmaq, cəbhəmizin birliyinə xələl gətirmək məqsədi daşıyan bəzi yalançı təbliğat xarakterli xəbərləri müxtəlif vasitələrlə dərc edib, ötürməyə çalışır”. Açıqlamada deyilir: “vətəndaşları işğalın psixoloji müharibə cəhdlərinə əhəmiyyət verməməyə” çağırıblar.

Mənbə: TGRT Xəbərləri

Aynur Camal