Müharibənin 80-ci günündə onlarla dinc sakin həlak olub.
İsrail-Həmas müharibəsi 80-ci gündə şiddətli toqquşmalarla davam edir. İsrail müharibə cinayətlərini dayandırmayıb. Nəhayət, Qəzza zolağında Maqazi Qaçqınlar Düşərgəsinə bombalar düşüb, azı 70 mülki şəxs həlak olub.
Baş nazir Benyamin Netanyahu hücumlardan əl çəkməyəcəklərini bir daha bəyan edib.
İsrail ordusu yenə öz vətəndaşlarını qətlə yetirib, 5 israilli girovun cansız cəsədi tapılıb və onların İsrail bombardmanı nəticəsində öldüyü bildirilib. Bölgədə baş verən son hadisələr.
HƏMAS-ın oktyabrın 7-də başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab olaraq 80 gündür Qəzzanı bombalayan İsrail hərbi cinayətlər törətməkdə davam edir. İsrail qüvvələrinin son hədəfi minlərlə mülki şəxsin sığındığı Əl-Maqazi Qaçqınlar Düşərgəsi olub. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra hücumda indiyədək 70 nəfərin öldüyünü, bölgədə çoxlu ailənin olması səbəbindən ölənlərin sayının arta biləcəyini açıqlayıb.
İsrail qüvvələri Bureyc Qaçqınlar Düşərgəsini də hədəfə alıb və düşərgədə olanların Dyr El Belah şəhərinə deportasiya edilməsi üçün hərəkətə keçib. Nüseyrat Qaçqınlar Düşərgəsinin vurulması ilə HƏMAS bir daha İsrailin hərbi cinayət törətdiyini bəyan edib.
Mənbə: TGRT
Aynur Camal