İsrail Netanyahunun ABŞ-da Musk ilə görüşəcəyini təsdiqləyibbackend

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri zamanı milyarder İlon Maskla görüşməyi planlaşdırır.

“Yeni Gundem” TASS-a istinadən xəbər verir ki, bu planları İsrail hökumətinin başçısının ofisi təsdiqləyib.

“Baş nazir Netanyahu ABŞ-a səfərinə Kaliforniyadan başlayacaq və burada İlon Maskla görüşəcək”, – mesajda deyilir.

Ofisin məlumatına görə, Netanyahu yəhudilərin Yeni il şənlikləri başa çatdıqdan sonra sentyabrın 17-də axşam saatlarında ABŞ-a uçacaq. Səfər zamanı Netanyahu bir sıra dünya liderləri, o cümlədən Ağ Evin prezidenti Co Baydenlə görüşlər keçirməyi planlaşdırır. İsrail hökumətinin başçısının sentyabrın 22-də BMT Baş Assambleyasında çıxışı da planlaşdırılır.

Sentyabrın 14-də The Washington Post qəzeti X (keçmiş Twitter) sosial şəbəkəsinin sahibi Musk və Netanyahu arasında Silikon Vadisində görüş keçirəcəyini elan etdi. Nəşrin fikrincə, baş nazir milyarderə antisemitizmi qızışdırdığına görə X-in artan tənqidi probleminin həllində hansısa yolla kömək etməlidir.

Bundan əvvəl İlon Mask britaniyalı jurnalistin Ukrayna və Putinlə bağlı suallarına məhəl qoymayıb.