İsrail ordusu İordan çayının qərb sahilini buldozerlə vurdu!backend

Yasir Ərəfat abidəsini dağıdıldı!Qəzza zolağına bombalar atan İsrail İordan çayının qərb sahilində hücumlarını davam etdirir.

“Yeni Gundem” xəbər verir ki, İsrail qüvvələri Fələstinin keçmiş prezidenti Yasir Ərəfatın abidəsini hədəfə alıb.

Qəzzada gənc və qoca, qadın və kişi kimi qətliamlar törədən İsrail, fələstinlilərə mənəvi dəyər daşıyan strukturları hədəf almağa davam edir.

İordan çayının qərb sahilində yerləşən Tulkarem Qaçqınlar Düşərgəsinin girişində yerləşən Fələstinin keçmiş prezidenti Yasir Ərəfata məxsus abidələr İsrail qüvvələri tərəfindən buldozerlə dağıdılıb.

Abidələrin dağıdılmasının səbəbi göstərilməyib.

Mənbə: İhlas Xəbər Agentliyi

Aynur Camal