İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının İslam Universitetinə hücum edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə rəsmi Telegram kanalında dərc olunan mesajda deyilib.
“Bir müddət əvvəl İDF döyüşçüləri HƏMAS terror təşkilatının Qəzza zolağında mühüm əməliyyat və hərbi mərkəzinə – İslam Universitetinə zərbələr endirib. Universitet hərbi kəşfiyyat zabitləri və silahların inkişafı və istehsalı üçün Həmasın təlim düşərgəsi kimi istifadə olunub.
Həmçinin HƏMAS vəsait toplamaq üçün universitet konfranslarından istifadə edib. Universitet HƏMAS-ın yüksək rütbəli rəhbərliyi ilə sıx əlaqələr saxlayıb”, – deyə məlumatda bildirilib.
İsrail ordusu hazırda Qəzza zolağında irimiqyaslı zərbələri davam etdirir.
Bundan əvvəl İDF Livanla sərhəddən İsrailin nəzarət-buraxılış məntəqəsini atəşə tutduğunu açıqlamışdı. Bildirilir ki, naməlum şəxslər tank əleyhinə idarə olunan raketdən (ATGM) istifadə edərək hərbi postu atəşə tutublar.
Mənbə: Lenta.Ru
Aynur Camal