Son dəqiqə! İsrail Qəzzada qaçqın düşərgəsini vurub! Onlarla fələstinli həyatını itirib, çoxu yaralanıb.
“Yeni Gundem” xəbər verir ki, Yaxın Şərqdəki böyük müharibənin 3-cü günündə İsrail hava hücumlarına başlayıb. İsrailin müdafiə naziri Gallant Qəzzanın “tamamilə mühasirəyə alınacağını” desə də, böyük hücumlar başlayıb.
HƏMAS-a qarşı hücuma keçən İsrail ordusu Qəzzada Cibaliye qaçqın düşərgəsinə də hücum edib. Düşərgədə 113 min fələstinli qaçqının olduğu məlum olsa da, Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən ilk açıqlamada “50 fələstinlinin həyatını itirdiyi, çoxlu sayda yaralı olduğu” bildirilib.
İsrailin Qəzzada fələstinli qaçqınların yaşadığı Əl-Şati və Cəbəliyə qaçqın düşərgələrinə hücumları cəmi 10 dəqiqə davam edib. Qeyd edək ki, bura insan sıxlığının ən çox olduğu düşərgələrdir.
Hücumlarda ölənlərin İndoneziya Xəstəxanası və Əl-Şifa Xəstəxanasına köçürüldüyü qeyd edilib. Hücumlar geniş dağıntılara və onlarla evə ziyan vurulub. Dağıntılar altında qalanların xilas edilməsi üçün işlər görülüb.
Xatırladaq ki, Fələstin və İsrail arasında münaqişələr HƏMAS-ın başlatdığı hücumlardan sonra şiddətlənib. Çoxlu sayda İsrail əsgəri və mülki vətəndaş əsir götürülüb, hər iki tərəfdən çoxlu can itkisi və yaralananlar olub.
Fələstin Səhiyyə Nazirliyi İsrailin həyata keçirdiyi hücumlarda 91-i uşaq, 61-i qadın olmaqla 493 nəfərin həyatını itirdiyini, 2751 nəfərin isə yaralandığını açıqlayıb. HƏMAS-ın İsrailə hücumları nəticəsində həyatını itirənlərin sayı 700-ə yüksəlib.
İsrail blokadada olan Qəzza zolağına son hücumlar zamanı 159 evin tamamilə dağıldığını, 1210 evin isə qismən zədələndiyini bildirib.
Mənbə: TGRT Xəbərləri
Aynur Camal