İsrail öz vətəndaşlarına xəbərdarlıq edib: “İranla həmsərhəd ölkələrə səyahət etməyin”.
Donya-e-eqtesad saytı yazıb ki, İsrailin Təhlükəsizlik Şurası öz vətəndaşlarını ərəb ölkələri və İranla həmsərhəd ölkələr, xüsusilə İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycana qeyri-zəruri səfərlərdən çəkinməyə çağırıb.
İsrailin Qəzza zolağındakı xəstəxanaya ölümcül raket hücumu ilə bağlı ictimaiyyətin qəzəbinə səbəb olan təhdidlərin artmasından sonra isə İsrail hökuməti həmçinin öz vətəndaşlarına Türkiyəni dərhal tərk etməyi tövsiyə edib.
Məlumata əsasən, “sionist rejimin” Təhlükəsizlik Şurası Türkiyəyə səfər xəbərdarlığını ən yüksək səviyyəyə çatdırıb və bildirib: “Son vəziyyəti nəzərə alaraq, dünyanın müxtəlif ölkələrində israilliləri hədəfə alan əməliyyatların və tək hücumçuların artması ilə bağlı narahatlıq var.
Mənbə: Azad İran
Aynur Camal