İsrail qüvvələrinin işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidində fələstinlilərə qarşı tətbiq etdiyi cümə namazı qadağaları bu gün də davam edib. İsrail ordusunun oktyabrın 7-dən bu yana davam edən hücumlarında insan faciəsinə səbəb olan görüntülər ortaya çıxır. Mülki insanları hədəf alan İsrail gecə-gündüz hücumlarını davam etdirir.
Atəşkəs çağırışlarından sonra humanitar fasilə verilib. Qərarın sona çatması ilə İsrail qüvvələri hücumlarına qaldıqları yerdən davam edir.
Bu gün müharibənin kölgəsində 12-ci cümə günüdür…
Normalda cümə günləri 100-150 min insanın növbəyə düzüldüyü Məscidül-Əqsada oktyabrın 7-dən bu yana 12 həftədir qarşılaşılan vəziyyət təkrarlanıb. Məscidül-Əqsaya giriş bağlanıb.
İsrail qüvvələri Məscidül-Əqsanın yerləşdiyi Qüdsün Köhnə şəhərinin küçələrini dəmir baryerlərlə bağlayıb, səhər saatlarından etibarən gənc fələstinliləri, hətta bəzən yaşlı fələstinliləri də Əl-Əqsaya buraxmayıb.
Mənbə: EnSonHaber
Aynur Camal