Xan Yunus şəhərindəki desantların geri çəkildiyi bildirilib. Ehtiyatda olan hərbçilər hərbi xidmətdən sonra vətənə qayıdacaqlar. İsrail ordusu əsgərlərini Qəzza zolağından çıxarıb.
646-cı paraşütçü briqadası işğal altında olan Xan Yunis şəhərindən geri çəkilib. “Qəzza zolağında ehtiyat qüvvələrin azaldılması 646-cı paraşütçü briqadasının Xan Yunis şəhərindən bu yaxınlarda çıxması ilə başlayıb”, – deyə İsrail ordusunun radiosu bildirib. Onlar hərbi xidmətini başa vurduqdan sonra vətənə qayıdacaqlar.
Ehtiyatda olan hərbçilər oktyabrın 7-dən xidmət keçdikdən sonra vətənə göndəriləcək.
646-cı paraşütçü briqadası 1974-cü ildə yaradılıb. O vaxtdan bəri İsrail ordusunun Livan və Fələstin ərazilərindəki müharibələrinin əksəriyyətində iştirak edib.
Xəbərdə ordunun Qəzza zolağında yalnız nizami qüvvələr saxlamaq üçün çalışdığına dair məlumatlar da yer alıb.
İsrail ordusundan dünən verilən açıqlamada, Qəzza zolağında baş verən qarşıdurmalarda 9-unun son 24 saatda 12 əsgərinin yaralandığı açıqlanıb.
İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bu yana 233-ü quru işğalı prosesində olmaqla 570 əsgərinin öldürüldüyünü açıqlayıb.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 12 min 300-ü uşaq, 8 min 400-ü qadın olmaqla, 28 min 663 fələstinli həlak olub, 68 min 395 nəfər isə yaralanıb.
Mənbə: EnSonHaber
Aynur Camal