İsrail Qəzzadan azad edilən məhbusları “mətbuatdan gizlədir”backend

HƏMAS və İsrail arasında əldə olunan razılaşmaya əsasən, blokadadakı Qəzza zolağından azad edilən 40 israilli məhbus Təl-Əviv rəhbərliyi tərəfindən “mətbuatdan uzaq” xəstəxanalarda karantinə alınıb.

Qeyd edilib ki, İsrail və HƏMAS arasında toqquşmalarda 4 günlük “humanitar fasilə” ilə bağlı razılaşma 24 Noyabr Cümə günü saat 07:00-da (GMT 08:00) qüvvəyə minib.

Razılaşmaya əsasən, HƏMAS-ın saxladığı 50 israilli məhbusun əvəzində İsrail həbsxanalarında olan 150 fələstinli azad ediləcək. Azad ediləcək əsirlər arasında hər iki tərəfdən qadın və uşaqlar da var. Razılaşmanın üç günü ərzində Qəzza zolağından 39 israilli qadın və uşaq və İsrail vətəndaşı olan 1 rusiyalı azad edilib.

Razılaşma çərçivəsində İsrail Qəzzadan gələn məhbusları ölkənin müxtəlif xəstəxanalarında karantinə qoyub. Məhkumlar yalnız xəstəxanalarda qohumları və yaxınları ilə görüşə bilirdilər. Bu yaxınlarda Qəzzanı tərk edən məhbusların heç biri nə İsrail, nə də beynəlxalq mətbuata açıqlama verməyib.

İsrail Qəzza zolağından azad edilən məhbusların xəstəxanaya köçürülməsi və ailələri ilə görüşün görüntülərini yalnız rəsmi kanalları vasitəsilə paylaşır.

Digər tərəfdən, məhbus mübadiləsi çərçivəsində İsrail tərəfindən həbsxanalardan azad edilən fələstinli qadın və uşaqlar dəmir barmaqlıqlar arxasında yaşadıqları “məzlum, şifahi, fiziki, psixoloji zorakılıq və təhqirləri” uzadılmış mikrofonlarla dünyaya bəyan etməyə çalışıblar.

Mənbə: TrtHaber

Aynur Camal