İsrail Qəzzaya hücum etmək üçün yalan xəbərlər yaydıbackend

“Yeni Gundem” xəbər verir ki, polisin araşdırması nəticəsində İsrail helikopterinin Qəzza sərhəddində İsrail şəhərlərinə sızan Həmas üzvləri ilə birlikdə bölgədə keçirilən festivala qatılan mülki şəxslərə atəş açdığı ortaya çıxıb. Bu o deməkdir ki, İsrail polisi və ordusu hər kəsi öldürüb.

“Bunun baş verməsinə imkan verən Hannibal protokolu qüvvəyə minib və yaşayış məntəqələrinin yerləşdiyi ərazidə böyük dağıntılar həyata keçirilib”.

Xarici İşlər Nazirliyinin bəyanatında media qurumları, Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmiləri və dövlət başçıları bu məsələyə toxunmağa, İsrail mətbuatında gedən xəbərlərə diqqət yetirməyə və buna uyğun mövqelərini nəzərdən keçirməyə çağırılıb.

İsrailin baş naziri Benyamin Netanyahu Fələstin Xarici İşlər Nazirliyinin bəyanatının “qəbuledilməz” olduğunu bildirib.

Netanyahu, “Keçmişdə Holokostun varlığını inkar edən Əbu Mazen (Abbas) bu gün “Həmas qırğınının” varlığını inkar edir və bu, qəbuledilməzdir” deyib.

Netanyahunun bu açıqlamasından qısa müddət sonra Fələstin Xarici İşlər Nazirliyinin sözügedən açıqlamanı sosial media hesablarından sildiyi görülüb.

Haaretz qəzetinin dünənki xəbərində polisin apardığı araşdırmada oktyabrın 7-də İsrailə sızan Həmas üzvləri ilə birlikdə bölgədə keçirilən musiqi festivalına qatılan mülki şəxslərə İsrail helikopterinin atəş açdığı bildirilib. Festival zamanı 364 nəfərin öldürüldüyü hesablanıb.

Hannibal Protokolu hərbçilərə bir əsgərin qaçırılmasının qarşısını almaq və qaçırılan şəxslə birlikdə qaçıranı öldürmək üçün lazım olan hər hansı bir tədbir görməyə icazə verir.

Mənbə: TrtHaber

Aynur Camal