İsrail ordusunun Qəzzaya quru əməliyyatı üçün günləri sayarkən ABŞ-dan gələn mesajla əməliyyatın təxirə salındığı açıqlanıb. Hava əməliyyatlarını fasiləsiz davam etdirən İsrail qüvvələri HƏMAS-a əməliyyatların dayandırılması şərtini təqdim edib. İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus HƏMAS-ın iki şərt yerinə yetirdiyi təqdirdə quru əməliyyatını dayandıracaqlarını açıqlayıb.
İsrail ordusunun son 24 saatda Qəzzaya təşkil etdiyi hücumlarda 400-dən çox fələstinli mülki vətəndaş həyatını itirib. Ölənlərin əksəriyyəti qadın və uşaqlar olsa da, quru əməliyyatı üçün günlər sayılır.
İsrail ordusu Qəzza zolağına qarşı quru əməliyyatını ABŞ qüvvələrinin gəlişinə qədər təxirə salmaq qərarına gəldiyini açıqlasa da, İsrailin müdafiə naziri Qəzzaya qurudan hücumun 2-3 ay davam edə biləcəyini bildirib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Conatan Konrikus bildirib ki, HƏMAS bütün girovları azad edib təslim olsa, Qəzza zolağında quru əməliyyatı olmayacaq və müharibə bitəcək.
212 girovun azad edilməsini istəyən Conatan Conricus, “Həmas indi etdiyi kimi İsrail mülkilərinin arxasında gizləndiyi yerdən çıxsa, 212 girovumuzu geri qaytarsa və qeyd-şərtsiz təslim olsa, o zaman müharibə bitəcək” deyib.
Konrikus həmçinin bildirib ki, İsrail hava zərbələri ilə istədikləri nəticəni əldə edəcək və əsgərlərini lazımsız təhlükəyə atmamağa üstünlük verəcək. Bununla belə, o əlavə edib ki, belə yanaşma HƏMAS-ı məhv etmək üçün kifayət etməyə bilər. HƏMAS bu şərtləri yerinə yetirməsə, o, “biz yəqin ki, içəri girib özümüz bunu etməli olacağıq” deyib.
Mənbə: TGRT Xəbərləri
Aynur Camal