İsrail qüvvələri Şifa Xəstəxanasının binasını partladıb!backend

İsrailin vəhşi hücumları davam edir. İsrail qüvvələri Qəzzada basqın təşkil edən Şifa xəstəxanasına aid binanı partladıb.

İsrail qüvvələri Şifa xəstəxanasının binasını partladıb, orada basqın edərək onlarla insanı saxlayıb. Yüzlərlə məcburi köçkünün sığındığı xəstəxana son günlər tez-tez hədəfə çevrilsə də, İsrail qüvvələri təcili təxliyə üçün açıqlamalar verib.

 Ramazan ayında hücumlarından əl çəkməyən İsrail qüvvələri dünən tam iftar vaxtı Şifa xəstəxanasına hücum edib.

Güclü artilleriya atəşi nəticəsində onlarla insan həyatını itirib və yaralanıb.

Martın 18-də səhər saatlarında İsrail qüvvələri Qəzzanın aparıcı xəstəxanalarından biri olan Şifaya pilotsuz uçuş aparatları və şiddətli atışmaların müşayiəti ilə basqın edib.

İsrail ordusundan dünən edilən yazılı açıqlamada, Şifa Xəstəxanası bölgəsinə edilən basqın çərçivəsində indiyə qədər təxminən 90 fələstinlinin həyatını itirdiyi, ordu qüvvələri ilə Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet ( Şabak) xəstəxana şəhərciyində 300-dən çox insanı dindirmişdi.

Qəzzada Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail qüvvələri tərəfindən mühasirəyə alınan Şifa xəstəxanasında xəstələr, tibb işçiləri və köçkün mülki şəxslərin sıxışdırıldığı bildirilib. Şifa xəstəxanasında qapalı qalanların yemək-içmək tapa bilmədiklərindən 2 gün oruclarını aça bilmədikləri bildirilib.

Mənbə: TGRT

Aynur Camal