İsrail və HƏMAS arasında yeni razılaşmabackend

İsrail və HƏMAS Qətər sayəsində yeni müqavilə imzalayıblar.

Qəzzada əsirlərə dərman çatdırılması müqabilində dərman və humanitar yardımın bölgəyə daxil olmasına icazə veriləcək.

İsrailin Qəzzaya hücumları 103 gündür davam edərkən, Qətər danışıqlar üçün səylərini davam etdirir. Nəhayət, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İsrail və HƏMAS arasında humanitar yardımla bağlı razılığın əldə olunduğunu açıqlayıb. Qəzzadakı israilli məhbusların ehtiyac duyduğu dərmanların çatdırılması müqabilində fələstinlilərə də dərman və humanitar yardım göndəriləcək.

Sözcü Ənsari bildirib ki, razılaşma Qətər və Fransanın vasitəçiliyi ilə olub. Qətər Silahlı Qüvvələrinə aid iki təyyarə ilə Qəzza zolağına nəql edilmək üçün Misirin Əl-Ariş şəhərinə bu gün dərman və yardım göndəriləcəyini bildirən Ənsari, Qətərin regional və beynəlxalq tərəfdaşlarla birgə səylərini davam etdirəcəyini vurğulayıb.

NETANYUHU OFİSİNDƏN BƏYANAT

Netanyahunun ofisinin X hesabından məsələ ilə bağlı yazılı açıqlama verilib. Açıqlamada bildirilib ki, təyyarələr Misirə çatdıqda Qətər nümayəndələri dərmanları Qəzza zolağına, oradan isə son məntəqəyə daşıyacaq.

Mənbə: TGRT

Aynur Camal