İsrail yenidən Livanı vurdu: Çoxlu ölü və yaralı varbackend

Qəzza sektorunu blokadaya alan İsrail Livanı hədəfə almaqda davam edir. İsrail ordusunun həyata keçirdiyi hücumda 2-si uşaq olmaqla cəmi 4 nəfər həyatını itirib, 11 nəfər yaralanıb.

Livan mətbuatının iki təhlükəsizlik qaynağından əldə etdiyi məlumata görə; İsrailin Livanın cənubuna hücumu nəticəsində 2-si uşaq olmaqla ümumilikdə 4 nəfərin həyatını itirdiyi, 11 nəfərin yaralandığı bildirilib.

Xəbərdə İsrailin Əl-Səvanə kəndinə təşkil etdiyi hücumda 1 ana və 2 uşağın öldüyü bildirilib və dəymiş ziyanın böyük olduğu vurğulanıb.

İsrail hökumətinin sözçüsü İlana Stein açıqlamasında Livandan İsrail ərazisinə atılan raketlər nəticəsində 1 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib və “Dəfələrlə dediyimiz kimi, İsrail iki cəbhədə döyüşmək istəmir. Ancaq, təxribata məruz qalsaq, sərt cavab verəcəyik”.

Mənbə: TGRT

Aynur Camal