İsrailin informasiya naziri Qalit Distel vəzifəsindən istefa verib.
“Yeni Gundem” axar.az-a istinadla xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
Distel müharibə zamanı tutduğu vəzifənin gərəksiz olduğunu bildirib və maliyyə resurslarına qənaət etməyin vacibliyini istefasının səbəbi kimi göstərib.