Livandan mövqelərinə edilən hücumlardan sonra 10 gündür Qəzzanı bombalayan İsraildən sərt açıqlamalar gəlib.
Milli təhlükəsizlik müşaviri Haneqbi “Livanı məhv etməklə hədələsə də, general Həcəri “Bizim iki cəbhədə döyüşmək gücümüz var” deyib.
İsrailin HƏMAS-a qarşı Qəzzada minlərlə dinc sakinin ölümü və minlərlə insanın yaralanması ilə nəticələnən hücumu davam edərkən, bölgə üçün yeni həyəcan verici bir hadisə baş verib.
Livanın Qəzzada quru əməliyyatına hazırlaşarkən İsrailin sərhəd mövqelərinə hücumu nəticəsində 1 İsrail əsgəri həlak olub.
İsrail ordusu 24 yaşlı leytenant Zvi Qranotun Nurit bölgəsində tank əleyhinə açılan atəş nəticəsində öldüyünü açıqlayıb.
Beləliklə, dünən Hizbullahın 5 hərbi nöqtəyə hücum etdikləri və “bir neçə İsrail əsgərinin öldüyü” açıqlaması da təsdiqlənib.
Bu inkişafdan sonra İsrail Livana qarşı ultimatum kimi qəbul edilən sərt bəyanatlar verib.
İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbi Livan yaraqlı qrupunu ikinci cəbhədə müharibəyə başlamamaqdan çəkindirərək, “Livanı məhv edəcəkləri” ilə hədələyib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü polkovnik-leytenant Peter Lerner, son bir neçə gündə Hizbullahla sərhəddə çoxlu toqquşma yaşadıqlarını ifadə edərək, Hizbullahın müharibə astanasını keçmək üçün çox diqqətli olması lazım olduğunu bildirib.
Livanı hədəf alan bəyanat da general Daniel Həcəridən gəlib. Livanın cənubundakı Hizbullah qüvvələrinin hücuma davam etməsi halında bunun dağıdıcı nəticələrə səbəb olacağını bildirən Həcəri, “Hizbullah Qəzzadakı müharibəsində İsrailə meydan oxumaq üçün Şimal sərhədində gərginliyi artırır və bunu onun dəstəyi və təlimatları ilə edir. İran, Livana və onun vətəndaşlarına ziyan vurur.” “Bu, onu təhlükə altına qoyur” deyib.
Həcəri bildirib ki, İsrailin iki və daha çox cəbhədə səfərbər olmağa və döyüşməyə hazır güclü ordusu var.
Mənbə: TGRT
Aynur Camal