Qəzzanı davamlı olaraq bombalayan İsrail indi də Livana hücuma hazırlaşır. İsrail Baş Qərargah rəisi Herzi Halevi şimaldakı bir diviziyaya baş çəkərək “Hücum etməyə hazırıq” mesajını verib.
“Yeni Gundem” xəbər verir ki, İsrail yeni cəbhə açmağa qərarlıdır.
Qeyd edək ki, oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında vaxtaşırı qarşılıqlı hücumlar olur. Hizbullah lideri Həsən Nəsrullah cümə günü etdiyi çıxışında “Livan cəbhəsi olaraq oktyabrın 8-dən müharibədədirlər və bununla kifayətlənməyəcəklər” deyib.
İsrail ordusu radiosunun məlumatına görə, Livan ərazisindən İsrailin şimalına raket və tank əleyhinə raketlər atılıb. Tank əleyhinə raketin avtomobilə dəyməsi nəticəsində ölənlər olub. Bildirilib ki, Kiryat Şmona, Metula və Livan sərhədinə yaxın İsrail yaşayış məntəqələrində xəbərdarlıq sirenləri səslənib.
Digər tərəfdən, Livan Hizbullahı hücuma görə məsuliyyəti üzərinə götürərək, hücumun İsrailin hava hücumu nəticəsində 4 mülki vətəndaşın ölümünə cavab olaraq həyata keçirildiyini bildirib.
Hizbullah tərəfindən edilən yazılı açıqlamada hücumun “İsrailin bu axşam Aynata və Aytarun qəsəbələri arasındakı bölgədə mülki avtomobili vəhşicəsinə və çirkin hədəfə almasına və 4 nəfərin öldürülməsinə cavab olaraq” həyata keçirildiyi bildirilib.
İsrailin Kiryat Şmona qəsəbəsinin Katyuşa raketləri ilə vurulduğu və dinc sakinlərə qarşı istənilən hücuma sərt cavab veriləcəyi bildirilib.
Mənbə: TGRT
Aynur Camal