İsrailə hərbi texnika satan şirkətə boya ilə etiraz edildibackend

İngiltərədəki bir qrup fələstinli tərəfdar, İsrail ordusuna dəstək verdiyi əsası ilə İtaliyanın hava və müdafiə şirkəti Leonardo-nun Londondakı qərargahının girişinə qırmızı boya ataraq etiraz aksiyası təşkil edib.

Fələstin Fəaliyyəti adlı qrup X-dən verdiyi açıqlamada Balfour Bəyannaməsinin 106-cı ildönümü münasibətilə aksiya keçirdiklərini açıqlayıb.

Yazıda “Hökumətimiz soyqırımda işbirlikçidir” sözləri işlədilib və Leonardonun fələstinlilərə qarşı hücumlar həyata keçirən “İsrail ordusunu təchiz etdiyi” qeyd edilib.

Etirazçılar Leonardonun Londondakı qərargahının yerləşdiyi “One Eagle Place” binasının girişini qırmızıya boyayaraq divarlarına Fələstini dəstəkləyən şüarlar yazarkən, Palestine Action bəyanatında “Leonardo Apache helikopterlərinin və F-35-lərin hissələrini satır” deyib.

Açıqlamada iki etirazçıdan birinin saxlandığı, binanın giriş qapısının üstündəki karniz üzərinə çıxan ikinci etirazçının isə etirazını davam etdirdiyi bildirilib.

Digər tərəfdən, London Böyükşəhər Polisi, Leonardonun qarşısında davam edən etirazla bağlı verdiyi açıqlamada, bir nəfərin mülkə ziyan vurduğu üçün nəzarətə alındığını, kornişin üstünə çıxan ikinci etirazçının isə sağ-salamat endirildikdən sonra nəzarətə alınacağını bildirib.

Xatırladaq ki, Balfurun 1917-ci il noyabrın 2-də o dövrdə sionizmin himayədarı olan baron Valter Rotşildə yazdığı məktub Balfour bəyannaməsi kimi tarixə düşüb.

İngiltərə hökumətinin Fələstin torpaqlarında yəhudilər üçün “vətən” yaradılmasına dəstəyini ifadə edən məktub İsrail dövlətinin qurulmasına aparan prosesdə ən mühüm mərhələ hesab olunur.

Mənbə: TrtHaber

Aynur Camal