İsrailə silah satışını dayandırdıbackend

Kanadanın xarici işlər naziri Melani Coli Kanada hökumətinin gələcəkdə İsrailə silah satışını dayandıracağını açıqlayıb.

“Toronto Star” qəzetinə danışan Joli, İcmalar Palatasının Fələstinlə bağlı qəbul etdiyi təklifin məcburi olmasa da, Kanada hökumətinin bundan sonra “İsrailə silah ixracını dayandıracağını” bildirib.

Hərbi malların və texnologiyanın ixracı üçün icazələri təsdiq və rədd etmək səlahiyyətinə malik olan nazir Joli, bu dəyişikliyin “simvolik olaraq qalmayacağını” və əhəmiyyətli olduğunu vurğulayıb.

Təklifə edilən düzəlişlər Kanada İcmalar Palatasında 204 əleyhinə 117 əleyhinə səslə təsdiqlənib. Kanadanın baş naziri Castin Trüdonun da düzəlişin lehinə səs verdiyi açıqlanıb.

Yeni Demokratiya Partiyasının (NDP) lideri Jagmeet Singh də jurnalistlərə açıqlamasında “İsrailə silah satışını dayandırmaq istədiyimiz əsas dəyişikliklər idi. Bu, Kanadanın əvvəllər dediyi bir şey deyil. Bu təklif indi parlamentin iradəsi olacaq. Buna səs verəcək” deyib.

Xarici işlər naziri Joli yanvarın 8-dən etibarən İsrailə hərbi texnika və texnologiya ixracı üçün ixrac icazələrini müvəqqəti olaraq dayandırıb.

Mənbə: TrtHaber

Aynur Camal