Ukrayna prezidenti Zelenski İsrailin Qəzzada artan hücumları ilə bağlı deyib: “Əgər qanun və qaydalardan danışsaq, terrorçuların olduğu yerdə heç bir qayda yoxdur” deyib.
Bundan əlavə, Zelenski Şimali Koreyanın HƏMAS-ı dəstəklədiyini iddia edib.
Qəzza hücumlarında İsraili dəstəkləyən Ukrayna prezidenti Zelenski HƏMAS-ın arxasında Şimali Koreya ilə yanaşı Rusiya və İranın olduğunu iddia edib.
İsrailin Qəzzaya hücumları ilə bağlı sualı cavablandıran Zelenski, sözügedən vəziyyətin “yeni bir şey olmadığını” ifadə edərək, “Bu, İsrail ilə Fələstin arasında yanan bir atəşdir və bəzi insanlar hələ də bu atəşə kibrit atmağa davam edir” deyib.
Zelenski, “Mən əminəm ki, HƏMAS-ı dəstəkləmək arxasında Rusiya və İran da var” deyib. O, Rusiya və İranın “günahkar” olduğunu iddia edib.
Şimali Koreyanın HƏMAS-ı dəstəkləyən ölkələr arasında olduğunu iddia edən Zelenski, “Qəzzada nə qədər Şimali Koreya sursatının olduğunu gördünüz. Bu bir faktdır, mütləq bir həqiqətdir” deyib. Ukraynanın açıqlamalarından sonra bütün gözlər Şimali Koreyaya çevrilib.
Qəzzaya “tənzimlənməyən” hücuma eyham vuran Zelenski, “Qanunlardan və qaydalardan danışsaq, terrorçuların olduğu yerdə qaydalar yoxdur” deyib.
Mənbə: TGRT
Aynur Camal