İsrailin 16 hərbi maşınını partladıldıbackend

İsrail ordusu Qəzzada HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları ilə intensiv toqquşmalar yaşayır.

İzzəddin Əl-Qəssam Briqadaları tərəfindən edilən yazılı açıqlamada, “16 İsrail hərbi maşınının Qəzzanın cənubundakı Xan Yunus şəhərinin şərqində Yasin 105 raketləri ilə hədəfə alındığı” bildirilib.

Açıqlamada bölgəyə daxil olan tank və buldozerlərin hədəfə alınan hərbi maşınlar arasında olduğu, Qəssam Briqadalarının Xan Yunisin şərqində 2 İsrail əsgərini birbaşa vuraraq yaraladığı bildirilib.

Bəyanatda İsrailin Qəzzada dinc əhalini qətlə yetirməsinə cavab olaraq Birus Sebi şəhərinə raket hücumu təşkil edildiyi də qeyd edilib. İsrail döyüş təyyarələrinin Qəzzanın cənubundakı Xan Yunus şəhərinə hücumu nəticəsində ən azı 40 fələstinlinin həyatını itirdiyi bildirilib.

Mənbə: TGRT

Aynur Camal