İsrailin boykotu satışları azaldırbackend

İsrailin Qəzzaya hücumlarından sonra bir çox şirkət boykot edilməyə başlayıb. Bu şirkətlərdən biri olan McDonald’s, boykotların satış rəqəmlərinə təsir etdiyini açıqlayıb.

Şirkət beynəlxalq bölməsinin zəifləməsi səbəbindən son dörd il ərzində ilk dəfə satış hədəflərini keçən rübdə yerinə yetirə bilmədiyini açıqlayıb. McDonald’s-ın baş direktoru Chris Kempczinski Malayziya, İndoneziya və Fransadakı satışların təsirləndiyini, ən böyük təsirin isə Yaxın Şərqdə görüldüyünü bildirib. Kempczinski “Müharibə davam etdiyi müddətdə bu bazarlarda hər hansı bir irəliləyiş gözləmirik” desə də, açıqlamadan sonra şirkətin səhmləri 4 faiz ucuzlaşıb. McDonald’s İsraildəki operatorunun İsrail ordusuna pulsuz yemək paylamasından sonra tənqid hədəfinə çevrilib.

Mənbə: hurriyyət.tr

Aynur Camal