İsrail-Həmas müharibəsi bütün şiddəti ilə davam edir. HƏMAS-ın hücumlarına çox sərt cavab verən İsrail ordusu Qəzzada quru əməliyyatına hazırlaşır.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, mühasirəyə alınmış Qəzza zolağına hücumlarını davam etdirən İsrail ordusu Sderot şəhərinə çoxlu sayda tank göndərib. İsrail hökuməti də Sderot şəhərinin boşaldılması qərarını təsdiqləyib.
İsrailin quru əməliyyatına hazırlaşdığı və isti hadisələrin davam etdiyi bölgədən diqqətçəkən daha bir xəbər gəlib. İsrail hökumətinin informasiya naziri Qalet Distel istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, İsrail ordusu blokadada olan Qəzza zolağına hücumlarını 7-ci gündür davam etdirir. İsrail və HƏMAS arasında qarşılıqlı hücumlarda insan itkiləri artır. İsraildə ölənlərin sayı 1500-ü keçib.
Fələstində isə itkilər 1537-yə yüksəlib. Axşam saatlarında Qəzza sərhədində tankların hərəkəti diqqət çəkib. Diplomatik mənbələr hücumlarda ikili vətəndaşlığı olan bir Türkiyə vətəndaşının həyatını itirdiyini açıqlayıb.
Əlaqədar Xəbərlərİsrailin energetika naziri İsrael Katz bildirib ki, Qəzza zolağında girov saxlanılan israillilər evlərinə qayıtmayana qədər Qəzzaya elektrik, su və yanacaq verilməyəcək. İsrail ordusu açıqlama verib: “Quru əməliyyatına hazırlaşırıq. Qəzzada təhlükəsizlik divarı çəkirik. Kim yaxınlaşsa vurulacaq”. İsrail Baş Qərargah rəisi Herzi Halevi: “Qəzza əvvəlki kimi olmayacaq” deyə bəyanat verib.
Mənbə: TGRT
Aynur Camal