İsrailin müdafiə naziri İranın hansı bazalardan hücum etdiyini açıqladıbackend

“İran Şahbar bölgəsində və Kaşem adasında yerləşən iki bazadan PUA-larla dəniz hücumları həyata keçirib”.

“Yeni Gündəm” xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz Herzliya Universitetində təhlükəsizliklə bağlı keçirilən konfransda deyib.

“İran son illər ərzində öz ərazisindən dəniz hədəflərinə qarşı çoxsaylı hücumlar təşkil edib. Bu gün sizə dəniz məkanında əməliyyatların aparıldığı və “Şahad” tipli PUA-ların hələ də olduğu iki əsas bazanı açıqlayıram. Bu bazalar Şahbar bölgəsində və İranın cənubunda Kaşem adasında yerləşir”, – deyə nazir bildirib.