İsrail Qəzzanı tam mühasirəyə alacaq.
Bu barədə İsrail müdafiə naziri Yoav Qallant əmr verib.
“Mən Qəzzanın tam mühasirəyə almağı əmr etmişəm. Oraya nə elektrik, nə qida, nə yanacağın təchizatı olacaq”, – nazir qeyd edib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını bildirib.