İsrailin mülki əhalini hədəf alması pisləndibackend

9 ölkənin xarici işlər nazirləri İsrailin “fələstinliləri köçürməsini və onların “kollektiv cəzasını” pisləyib.

20 gündür Qəzza zolağına qarşı hücumlarını davam etdirən İsrail 24 saat ərzində 250 hava hücumu təşkil edib.

Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 2913-ü uşaq, 1709-u qadın və 397-si qoca olmaqla 7028 nəfərin öldüyünü, 18484 nəfərin isə yaralandığını açıqlayıb.

Qətərdə yerləşən Əl-Cəzirə telekanalının məlumatına görə, bəyanatda İsrailin bombardmanları altında olan Qəzzada mülki şəxslərin hədəf alınması və beynəlxalq hüququn pozulması pislənib.

Bəyanatda vurğulanıb ki, özünümüdafiə hüququ qanunu pozmağa və fələstinlilərin hüquqlarına etinasız yanaşmağa haqq qazandırmır.

Xarici işlər nazirləri də Qəzzada məcburi köçkünliyi və kollektiv cəzanı pisləsələr də, atəşkəs çağırışı bəyanatda yer almayıb.

Birgə bəyanatı imzalayan ölkələr bunlardır: Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Səudiyyə Ərəbistanı, Oman, Qətər, Küveyt, Misir və Mərakeş.

Mənbə: TGRT

Aynur Camal