Beynəlxalq Amnistiya Təşkilatının Böhran Dəlilləri Laboratoriyası İsrail hərbi birləşmələrinin ağ fosforlu artilleriya mərmiləri ilə təchiz olunduğunu təsdiqləyib.
Bəs İsrailin Qəzzada istifadə etdiyi ağ fosfor nədir? Budur qorxunc detallar…HƏMAS-ın hücumundan sonra qisas almağa and içən və rəsmən müharibə elan edən İsrail artıq bir həftədir ki, hazır vəziyyətdədir. Sərhəd bölgələrində 300 min ehtiyat əsgərini vəzifəyə çağıran və mülki vətəndaşları silahlandıran İsrailin Qəzza və Livandakı hərbi əməliyyatlarında ağ fosfordan istifadə etdiyi bu gün təsdiqlənib.
Ağ fosfor iddiası ilə bağlı ilk açıqlama bu gün Human Rights Watch (HRW) təşkilatından gəldi. HRW-nin sosial media platforması hesabında edilən açıqlamada, “İsrail Qəzza və Livandakı hərbi əməliyyatlarında ağ fosfordan istifadə edərək mülki vətəndaşları ciddi və uzunmüddətli yaralanma riski ilə üz-üzə qoydu” deyə bəyanat daxil edilib.
Fələstin Xarici İşlər Nazirliyi də Twitter-də İsrailin fələstinlilərə qarşı ağ fosfordan istifadə etdiyini iddia edərkən, Beynəlxalq Amnistiya Təşkilatının Böhran Dəlil Laboratoriyası Qəzzanı vuran İsrail hərbi birləşmələrinin ağ fosforlu artilleriya mərmiləri ilə təchiz olunduğunu təsdiqləyib.
Açıqlamada, İsrailin Qəzza sahillərində bir otelin yaxınlığındakı hücumda da daxil olmaqla ağ fosfordan istifadə etdiyi ifadə edilərək, Təl-Əviv rəhbərliyini ‘beynəlxalq hüquqa əməl etməyə’ çağırıb.
ABŞ-ın “Washington Post” qəzeti 2 ayrı videoda ağ fosforun istifadə edildiyini təsdiqlədiklərini bildirərkən, İsrail qüvvələri Qəzzada ağ fosfor ehtiva edən silahların istifadəsi ilə bağlı məlumatlarının olmadığını bildirib.
İNSAN BƏDƏNİNİN İÇİNDƏ YANMAĞA DAVAM EDƏ BİLƏR
Ağ Fosfor sıx tüstü ekranları yaratmaq və hədəfləri işarələmək üçün istifadə olunan yanan bir maddədir.
İstifadəsi mübahisəli olan döyüş sursatları mülki şəxslərə qarşı istifadə edildikdə ciddi zərər verə bilər. Hava ilə təmasda olduqda yanan maddə insan bədənində yanmağa davam edə bilər və su ilə söndürülə bilməz.
Fosfor buxarlarının tənəffüs edilməsi ağciyərlərin qəfil zədələnməsinə səbəb olur və inhalyatorun boğulmasına səbəb olur. Növbəti mərhələdə insan bədəni içəridən xaricə yanır. Ağ fosforla yandırılan adamın paltarında çox iz qalmır və yanma reaksiyası bədənin daxilindən dəriyə qədər davam edir.
Washington Post vurğulayıb ki, ağ fosforun qanuni istifadəsi olsa da, mülki əhalinin cəmləşdiyi ərazilərdə istifadəsi qadağandır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Adi Silahlar Konvensiyasına (CCW) əsasən, mülki ərazilərə havadan yandırıcı silahlarla hücumlar qadağandır.
Mənbə: hurriyyət.tr
Aynur Camal