İsrailin Qəzzaya hücumları davam edir: Aclıq uşaqları vururbackend

Oktyabrın 7-dən Qəzza zolağında davam edən İsrail bombardmanı aclıq və yoxsulluğu daha da dərinləşdirib. Evlərini tərk edərək sığınacaq axtaran ailələr yemək tapmaqda çətinlik çəkir. Fələstinli uşaqlar aclıqla mübarizə aparır. İsrail qüvvələrinin Qəzzaya hücumları humanitar böhranı dərinləşdirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, 7 oktyabr 2023-cü ildə hücumlar başlayandan bəri Qəzzada aclıq 12 dəfə artıb.

Bombardman nəticəsində didərgin düşmüş fələstinli ailələr sığınacaq axtararkən, övladlarını da doyurmaqda çətinlik çəkirlər.

Digər tərəfdən, BMT-nin məlumatına görə, qida çatışmazlığı, səhiyyə xidmətlərindəki dağıntılar, təmiz su və gigiyena şəraitinin olmaması səbəbindən 5 yaşa qədər uşaqlar, hamilə və süd verən qadınlar ciddi risk altındadır.

Qəzzanın cənubundakı Rəfah şəhərinə bugünkü hücumda ən azı 11 nəfər həyatını itirib. İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzzada 10 minə yaxın uşağın həyatını itirdiyi bildirilir.

HƏMAS-ın atəşkəs şərtlərini qəbul etməyən və “hücumun davam etdirilməsi” mesajını verən İsrail Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumlarını intensivləşdirib. BMT rəsmiləri 2,3 milyonluq əhalinin demək olar ki, yarısının sığındığı sərhəd şəhərində mümkün “humanitar kabus” barədə xəbərdarlıq edib.

Təhlükəsizliyini təmin etmək üçün Qəzza zolağındakı evlərini tərk etməli olan fələstinli ailə sığınacaq çadır tapa bilmədiklərinə görə Rəfahdakı toyuq fermasında sağ qalmağa çalışır.

Mənbə: Ntv.Tr

Aynur Camal