İsrailin Şifa basqınından qaçışbackend

Ötən gecə İsrail əsgərləri minlərlə fələstinlinin sığındığı Qəzzanın şimalındakı Şifa xəstəxanasına basqın edib.

İsrail ordusu HƏMAS-a qarşı əməliyyat keçirdiyini açıqlayarkən, bölgədə yaşayan fələstinlilər canlarını qurtarmaq üçün qaçmağa başlayıblar.

İsrail ordusu Qəzzanın şimalında on minlərlə məcburi köçkün fələstinlinin sığındığı Şifa xəstəxanasına gecə yarısı dördüncü dəfə basqın edib. Əsgərlər xəstəxananın həyətinə yerləşdirilərkən, İsrail qüvvələri xəstəxananın şəxsi əməliyyat otağının binasını bombalayıb. Əməliyyat zamanı ölən və yaralanan fələstinlilərin olduğu bildirib. Qəzza Səhiyyə Nazirliyi də əməliyyat zamanı 20-dən çox fələstinlinin öldüyü və pəncərələrə yaxınlaşanların hədəf alındığı məlumatını paylaşaraq, bütün beynəlxalq təşkilatları ” Xəstəxanada mülki şəxslərə və tibb işçilərinə qarşı qırğın dayandırılsın” deyə vurğulayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal