İsraillilər əfsanəvi futbolçu və həkim Məhəmmədi evində öldürüblər!backend

Fələstində həm futbolçu, həm də həkim olan Muhammed Barakat evində öldürülüb. İsrail ordusunun hava hücumunda onun evi hədəfə alınıb.

İsrailin Qəzzaya hücumları 158-ci gündür davam edərkən, şəhərin bir çox nöqtəsi həm havadan, həm də qurudan hədəfə alınır. Ramazan ayında hücumlarını dayandırmayan İsrail əfsanəvi fələstinli futbolçunu da öldürüb.

Xan Yunusda yaşayan həm futbolçu, həm də həkim olan Məhəmməd Bərəkətin evinə bombalar yağdı. Futbolçu karyerasında 114 qol vuran 39 yaşlı fələstinli hava zərbəsi nəticəsində dünyasını dəyişib.

Fələstin futbolunun ən yaxşı hücumçularından sayılan Bərəkət də həkim olduğu üçün xəstəxanada işləyirdi. Bərəkət meydanda yaxşı olmaqla yanaşı, gündəlik həyatında da yaxşı insan kimi tanınırdı.

Mənbə: TGRT

Aynur Camal