İsraillilər əsgərlərlə rəqs etdilər – VİDEObackend

19 gündür ki, Yaxın Şərqdə qanlar dayanmır. Oktyabrın 7-dən müharibənin davam etdiyi Qəzza zolağında İsrail qrupu sərhəd bölgəsində musiqi sədaları altında əsgərlərlə rəqs edib.

“Yeni Gundem” xəbər verir ki, həmin anlar sosial şəbəkədə reaksiyalara səbəb olub.

İsraillə Fələstin arasında başlayan müharibə bütün şiddəti ilə davam edir. Bu prosesdə İsrail ordusu gecə-gündüz hava hücumlarını davam etdirir.

Gərginliyin artdığı bölgədən uşaqların yaralandığı anların görüntüləri gələrkən, israillilərin rəqsi reaksiyaya səbəb olub.

Qəzzada minlərlə insanın həyatını itirdiyi hücumların kölgəsində sərhəd bölgələrindəki toplaşma bölgələrinə gələn əsgərlərin əhval-ruhiyyəsini yüksəldir.

Sərhədin bir tərəfində gülüş yüksəldiyi halda, o biri tərəfdə ağrı və göz yaşı artır.

Qəzzada dinc əhalinin yaşadığı faciə dünyanın gözü önündə böyüyərkən bir İsrail qrupu “psixoloji problemləri” əsas gətirərək sərhəd bölgəsinə gələrək, maşınlarından musiqi çalıb, əsgərlərlə rəqs edib.

Bəziləri cəbhəyə gedən əsgərlərə dua kitabçaları verib. Maşınları ilə keçən israillilərin də ziqnal çalaraq qrupu müşayiət etdikləri görülüb.

İsrailin blokadada saxladığı Qəzza zolağında oktyabrın 7-dən bu yana həyata keçirilən hücumlarda hər gün onlarla mülki vətəndaş həyatını itirir.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi son açıqlamada, son 24 saatda daha 755 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayının 2 min 704-ü uşaq olmaqla 6 min 546-ya yüksəldiyi bildirilib.

Su və elektrik enerjisinin verilmədiyi, ərzaq qıtlığının yaşandığı şəhərdə yanacağa ən vacib ehtiyaclardan biridir. Qəzzadakı xəstəxanalarda da yanacaq çatışmazlığı səbəbindən xidmətdən çıxıb.

Mənbə: EnSonHaber

Aynur Camal