İranın Statistika Mərkəzi dünən xəbər verib ki, ölkədə işsizlik səviyyəsi ötən illə müqayisədə çoxalıb.
Məlumata görə, 15 və daha yuxarı yaşda olan əhali arasında işsizlik səviyyəsi 8,6% təşkil edir. Ötən ilin payız fəslində isə bu göstərici 7,6% olub.
Bildirilib ki, dekabr-yanvar-fevral aylarında 15 yaşdan yuxarı insanların yalnız 37,3 faizi işlə təmin olunub.
Qeyd olunub ki, işsizlik səviyyəsi ən çox Sistan və Bəluçistan, Hormozqan, Lorestan, Çəharmahal və Bəxtiyari, o cümlədən Kermanşah əyalətlərinin payına düşür.
Mənbə: Azad İran
Aynur Camal