İstehlak edilən enerjinin mənbələri açıqlandıbackend

Aİ 2022-ci ildə istehlak edilən enerjinin 23 faizinin bərpa olunan enerji mənbələrindən əldə ediləcəyini açıqlayıb.

Bəyanatda, Aİ səviyyəsində ümumi yekun enerji istehlakında bərpa olunan mənbələrin payı 2022-ci ildə 23 faizə çatdığı deyilib.

 “2021-ci illə müqayisədə bu, 1,1 faiz bəndi artım deməkdir”.

Aİ-nin 2030-cu ilə qədər bərpa olunan enerji hədəfini 32 faizdən 42,5 faizə yüksəltmək hədəfinə diqqət çəkən açıqlamada, Aİ ölkələrinin bu hədəfə doğru səylərini gücləndirməli olduğu vurğulanıb.

Hesabatda İsveçin 2022-ci ildə enerji istehlakının təxminən üçdə ikisini (66 faiz) bərpa olunan mənbələrdən əldə etməklə Aİ ölkələri arasında lider olduğu bildirilib. İkinci yerdə 47,9 faizlə Finlandiya, üçüncü yerdə isə 43 faizlə ümumiyyətlə hidroelektrik enerji resurslarından istifadə edən Latviya qərarlaşıb. Hesabatda Danimarka yüzdə 41,6, Estoniya yüzdə 38,5, Portuqaliya 34,7 və Avstriya yüzdə 33,8 olarkən, ən aşağı bərpa olunan enerji nisbətləri yüzdə 13,1 ilə İrlandiyada, yüzdə 13,4 ilə Maltada, yüzdə 13,8 ilə Belçika və yüzdə 114,4 ilə Lüksemburqda qeydə alınıb.

BƏRPA OLAN ENERJİ MƏNBƏLƏRİ NƏDİR?

Bərpa olunan enerji mənbəyi, təbiətin öz təkamülündə ertəsi gün eyni şəkildə mövcud ola bilən enerji mənbəyi olaraq təyin olunur. Bərpa olunan enerji mənbələrinin ən mühüm xüsusiyyəti karbon qazı emissiyalarını azaltmaqla ətraf mühitin qorunmasına kömək etməsidir. Bərpa olunan enerji Günəş, külək, biokütlə, geotermal və dalğa enerjisi kimi təbii mənbələrdən əldə edilir. Bu ehtiyatlar, qalıq enerji mənbələrindən fərqli olaraq, zamanla tükənmir və kömür, benzin və təbii qaz kimi bərpa olunmayan enerjilərə alternativdir. Bunları müxtəlif sahələrdə istifadə etmək mümkündür.

Mənbə: hurriyyət.tr

Aynur Camal