İstehlakçıya istilik enerjisi verilişi bu hallarda dayandırılacaqbackend

Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.

“Yeni Gündəm”-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Elektroenergetika haqqında” qanuna dəyişiklik təklif edilib.

Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin verilməsi dayandırılır:

– İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

– Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik enerjisinin hesabı istehlakçıya təqdim edildikdə (göstərildikdə) sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə ödənilmədikdə;

– enerji təchizatı müəssisəsi ilə müvafiq müqabilə bağlanmadıqda;

– İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə hissələrin quraşdırılması, istilik sistemlərində istilik daşıyıcılarından təyinatından kənar istifadə ( sistemdən və qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar edildikdə;

– təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğını və ya qaz sızmasının qarşısı alındıqda;

– Məhkəmənin qərarı ilə;

– dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

Dəyişikliklər müzakirələrdən sonra üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.