İstilər böyük baş mal-qaranı vurdubackend

Dünya qlobal istiləşmə ilə problem içindədir!

“Yeni Gundem”in əldə etdiyi məlumata əsasən, Türkiyədə indi də qızmar istilər inəkləri vurub. Artan temperatur mal-qaranın məhsuldarlığının aşağı düşməsinə səbəb olanda sektorda həyəcan təbili çalmağa başlayıb. Havanın temperaturu o qədər yüksəlib ki, inəklər otlaqlarda və ya madyanlarda nə yeməyə ot, nə də içməyə su tapırlar.

“Biz hava şəraitinin yaratdığı neqativlərdən onları qorumaq üçün heyvan sığınacaqlarını yaxşılaşdırmalıyıq. Belə ki, heyvanların soyudulması müəssisələrində suyun miqdarı mütəmadi olaraq yoxlanılmalıdır. Helikopter tipli ventilyatorların istifadəsi ilə müəssisələr havalandırılmalı, anbar tavanları hündür edilməli, tavan materialı izolyasiya edilməli və iş temperaturundan qorunmalıdır. Maye çiləmə əməliyyat ventilyatorları ilə aparılmalı, həmçinin mayalanacaq heyvan sərin yerə aparılmalıdır” vurğulayan Türkiyəli mütəxəssis tədbirlərlə məhsuldarlığı minimuma endirmək olar deyib.

Mənbə: TGRT

Aynur Camal