İstilik elektrik stansiyasında partlayış baş verdibackend

Yaponiyanın Ayçi şəhərindəki Taketoyo İstilik Elektrik Stansiyasında partlayış baş verib. Lakin ilkin məlumatlara görə, ölən və yaralanan olmayıb.

Yerli sakinlər partlayış barədə məlumat verdikdən sonra obyektə çoxlu sayda yanğınsöndürmə briqadası göndərilib.

Alov nəzarət altına alınıb. Partlayış nəticəsində stansiyanın kömür konveyerində yanğın baş verərkən yanğınsöndürənlər qısa müddətdə alovu nəzarətə götürüb.

İlkin məlumata görə, ölən və yaralanan yoxdur. Faktla bağlı araşdırmalara başlanılıb.

2022-ci ildə fəaliyyətə başlayan Taketoyo İstilik Elektrik Stansiyası Tokyo Electric Power (TEPCO) və Chubu Electric Power şirkətlərinin ortaq sahibi olduğu JERA adlı şirkət tərəfindən idarə olunur.

Mənbə: EnSonHaber

Aynur Camal