İsveç rəsmi olaraq NATO-nun 32-ci üzvü oldubackend

İsveçin NATO-da iştirakı ilə bağlı sənədlər gün ərzində Vaşinqtona çatdırılıb. Beləliklə, İsveç Alyansın 32-ci üzvü oldu. NATO-nun baş katibi açıqlama verib: “İsveç hazırda NATO-nun 5-ci maddəsinin himayəsindədir”.

ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən giriş protokolunun qəbulu mərasimi ilə İsveç rəsmi olaraq NATO-nun 32-ci üzvü oldu.

NATO-nun baş katibi Yens Stoltenberq X sosial media hesabındakı paylaşımında İsveçin rəsmi olaraq NATO-ya üzv olduğunu açıqlayıb.

“İsveç NATO-nun 32-ci üzvü oldu və masamızda öz layiqli yerini aldı. Bazar ertəsi NATO qərargahında onun bayraqlarını qaldırmağı səbirsizliklə gözləyirəm”.

Stoltenberq “İsveçin iştirakı NATO-nu daha güclü, İsveçi və bütün Alyansı daha təhlükəsiz edir” deyib.

ABŞ dövlət katibi Antoni Blinken və İsveçin baş naziri Ulf Kirstersson Vaşinqtonda görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

İsveçin NATO ittifaqında iştirakına dair rəsmi giriş protokolunu mətbuata göstərən Blinken, “Bu üzvlük sənədi ilə İsveçi Vaşinqton Sazişinin (NATO-nun təsis müqaviləsi) tərəfi və NATO-nun 32-ci üzvü kimi salamlamaq istərdim” deyib.

İsveçin üzv olması ilə NATO-nun daha da güclənəcəyini vurğulayan Blinken, “Bu, İsveç üçün tarixi bir an, ittifaqımız üçün tarixi bir an və NATO müttəfiqlərimizlə transatlantik əlaqələrimiz üçün tarixi bir an” deyib.

Mənbə: TGRT

Aynur Camal