İsveç səfirliyi Azərbayan jurnalistlərinin mina partlayışında faciəvi ölümü ilə bağlı başsağlığı verdibackend

İsveçin Azərbaycandakı səfirliyi media nümayəndələrinin iyunun 4-də Kəlbəcərdə minaya düşərək həlak olması ilə bağlı açıqlama yayıb.

“Yeni Gündəm”-in xəbərinə görə, açıqlama səfirliyin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

“İsveçin Bakıdakı səfirliyi mina partlaması nəticəsində jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun, eləcə də hökumət rəsmisinin faciəvi şəkildə həyatlarını itirməsi xəbərindən kədərlənir”, – deyə səfirlik qeyd edib.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.