İsveçrədə qatarda balta ilə girov böhranıbackend

Vod polisinin sözçüsü Jan-Kristof Sauterel bildirib ki, hazırda əllərində girov götürülmə hadisəsinin “terror aktı” olduğuna dair konkret sübut yoxdur. İsveçrədə iranlı qaçqın balta ilə hücum edərək 15 sərnişini saatlarla qatarda girov saxlayıb.

İsveçrənin fransızdilli Vaud kantonunun Baulmes və Yverdon-les-Bains şəhərləri arasında hərəkət edən qatarda olan 15 sərnişin Essert-sous-Şampvent şəhəri yaxınlığında iranlı qaçqın tərəfindən 4 saat müddətinə girov götürülüb.

Qatarda tərcüməçi vasitəsilə aparılan danışıqlar nəticə vermədikdə, 60-a yaxın polisin iştirakı ilə keçirilən əməliyyatda təcavüzkar zərərsizləşdirilib.

 “MÜDAXILƏ ƏSASINDA HƏYATINI İTİRİB”

Əməliyyat zamanı sərnişinlərdən xəsarət alan olmayıb. Polisin açıqlamasında, “Bütün girovlar sağ-salamat buraxılıb. “Girov götürən şəxs müdaxilə zamanı dünyasını dəyişib” deyilib.

Vod polisinin sözçüsü Jan-Kristof Sauterel bildirib ki, hazırda əllərində girov götürülmə hadisəsinin “terror aktı” olduğuna dair konkret sübut yoxdur.

Prokurorluğun sözçüsü Vincent Derouand bildirib ki, sərnişinləri girov götürən hücumçunun əsl niyyətləri ilə bağlı istintaq davam edir.

Mənbə: TGRT

Aynur Camal