İtaliya“Bir kəmər və yol” təşəbbüsündən çıxdıbackend

İtaliya Çinin müasir İpək Yolu kimi tanınan “Bir Kəmər və Yol Təşəbbüsü”ndən çıxdığını açıqlayıb.

Hökumət, Çinin tarixi İpək Yolu üzərində ticarəti böyük layihələrlə canlandırmaq layihəsi kimi tanınan “Bir kəmər və Yol Təşəbbüsü”ndən çıxmaq üçün rəsmi notada Çinin Romadakı səfirliyinə rəsmi bildiriş göndərib.

Notada İtaliyanın bu təşəbbüsdə iştirakını uzatmayacağı bildirilib.

Baş nazirin müavini və Xarici İşlər Naziri Antonio Tajani, “İpək Yolu bizim prioritetimiz deyil, biz gördük ki, o, istənilən effektləri yaratmadı. Bunda iştirak etməyənlərin daha yaxşı nəticələri oldu” deyib.

Xatırladaq ki, İtaliya, Cüzeppe Kontenin başçılıq etdiyi 1-ci Konte Hökuməti dövründə 2019-cu ilin mart ayında Romada Çin Prezidenti Si Cinpin ilə imzalanmış anlaşma memorandumu ilə “Bir kəmər və yol təşəbbüsü”nə daxil edilmişdir.

İtaliya “Bir Kəmər və Yol Təşəbbüsü”ndə iştirak edən ilk və yeganə G7-yə üzv ölkə olub.

Mənbə: İLKHA

Aynur Camal